FED.az Banker.az-a istinadən MDB və və Qərb ölkələrini bank işçilərinin əmək haqları haqda yazını təqdim edir.
Eləcə də bax: Azərbaycanda bank səhmlərinin – QİYMƏTLƏRİ
2019-cu il sona yetdi. Ötən il bank sektorunda canlanma ili kimi yadda qaldı. Düzdür, bu canlanma daha çox istehlak kreditləri istiqamətində hiss olunsada, bəzi banklar tərəfindən kifayət qədər maraqlı, innovativ həllərin təqdimi ilədə yadda qaldı.
Bu dəfəki yazımızda MDB məkanında bank işçilərinin müxtəlif vəzifələr üzrə əmək haqlarının müqayisəsini aparacağıq. İlk öncə onu qeyd etmək lazımdır ki, müqayisə şərti olaraq aparılmışdır. Yəni, Azərbaycanda maliyyə direktoru bir bankda bir əmək haqqı, digərində tamam fərqli əmək haqqı ala bilər. Bu kadrın peşəkar inkişafından, biliklərindən, təcrübəsindən və s. amillərdən asılı olaraq müəyyən interval əsasında dəyişir. Lakin, ümumi olaraq bu əmək haqqının dəyişəcəyi intervalı müəyyən etmək mümkündür.
Təhlildə müqayisə rahat olması baxımdan MBD üzrə göstəricilər dollarla ifadədə qeyd edilmişdir.
İdarə Heyətinin sədrləri
Məlumat üçün bildirək ki, əmək haqqı şkalasında daha çox Rusiya banklarında çalışan əməkdaşların əmək haqqılarının yüksək olmasını xüsusi qeyd etməliyik. Rusiyanın top 7 bank rəhbərinin (İdarə Heyətinin sədri) əmək haqqısı aşağıdakı kimidir. Bütün əmək haqqlar illik olaraq dollar ekvivalentində göstərilmişdir.
- Rusiya Mərkəzi Bankının rəhbəri — $111 542;
- Bank VTB — $3 mln;
- Alfa Bank — $4,5 mln;
- «Otkritiye» — $6 mln;
- «Qazprombank» — $6,5 mln;
- Sberbank — $11 mln;
Azərbaycanda bank İdarə Heyətlərinin əmək haqqıları illik olaraq 105-210 min dollar civarında dəyişir. Bu rəqəmə illik bonus əlavə edilməmişdir. Bəzi banklarda sədrlərin illik bonusları əmək haqqılarından bir neçə mislini təşkil edə bilər.
Şöbə və filial müdirləri
MDB ölkələrində filial müdirləri və baş ofisin şöbə müdirlərinin əmək haqqıları adətən eyni ranqdadır. Lakin, ölkədən asılı olaraq rəqəm baxımdan əmək haqqılar kifayət qədər fərqlənirlər. Misal üçün Rusiyada filial müdirləri və şöbə müdirləri ortalama aylıq 6000$ əmək haqqı alırlar. Azərbaycanda bu rəqəm aylıq 800-3000$ arasında dəyişir.
Sıravi işçilər
Bankların əsas yük daşıyıcısı olan işçi kütləsi, yəni sıravi işçilərin əmək haqqıları gördükləri işdən asılı olaraq nisbətən dəyişir. Azərbaycanda adətən filial əməkdaşlarının əmək haqqıları 230$ – 1200$ arasında dəyişir. Baş ofisin sıravi işçilərinin əmək haqqıları 290$ – 1750$ arası olur.
Azərbaycanda bir çox banklar işçilərə ilin yekunlarına əsasən əmək haqqının 1-2 misli həcmində mükafat verirlər.
Azərbaycanda sıravi işçilərdən ən çox əmək haqqı alan şəxslər adətən İT ilə bağlı olan və daha çox İT-nin innovativ sahələrində çalışanlardır (development, mobil applikasiyaların yaradılması, onlara xidmət və s.). Buda daha çox bazarda bir neçə bankın yaxşı İT işçilərini özlərinə cəlb etmək üçün, yüksək əmək haqqı təklif etmələri ilə başlanmış bir prosesdir. Azərbaycanda bu profilli mütəxəssislərin azlığını nəzərə alaraq, bir neçə bank artıq mütəxəssisləri Ukrayna və İsraildən cəlb etməyə başlamışdır.
Rusiyanın ən böyük bankı olan Sberbank-ın sıravi işçilərinə təqdim etdiyi əmək haqqılar regiondan asılı olaraq dəyişir.
Sberbank-ın Filial əməkdaşları:
- Kiçik şəhərlərdə–398$ qədər;
- Nisbətən iri şəhərlərdə –510$ qədər;
- Milyonluq şəhərlərdə(Moskva, Sankt – Peterburq, Yekaterinburq və s. – 446 – 637$ qədər.
Sberbank-ın mərkəzi ofislərdə çalışan əməkdaşların əmək haqqları:
- Mütəxəssis –446$;
- kassir –398$;
- — / — əməliyyatçı –335$;
- — / — nəzarətçi –303$;
- — / — qrup rəhbəri – 430$;
- operator –374$;
- kredit işçisi – 685$;
- menecer – 765$;
- müdir müavini – 781$.
Ukraynada bank əməkdaşlarının əmək haqqıları aşağıdakı kimidir:
- Biznes istiqaməti üzrə direktor – $4005;
- Kredit şöbəsinin müdiri — $2003;
- Maliyyə nəzarəti— $2001;
- Filial müdiri — $2004;
- proqramçılar – $1810;
- məlumat bazaları üzrə administrator — $1510;
- hüquqşünas — $1511;
- analitika — $1210;
- bank məhslunun satışı üzrə mütəxəssis — $1010;
- marketoloq — $1005;
- kredit işçisi — $325;
- kassir nəzarətçi — $265;
- operator — $190.
Digər ölkələrdə bank işçilərinin əmək haqqları:
Çexiya
İri bankların rəhbərlərinin aylıq gəlirləri 4510 – 5520 avrodan başlayır.
Sıravi işçilərin əmək haqqıları aşağıdakı kimidir:
- maliyyə meneceri –2610 – 4410 avro;
- proqramlaşdırma ilə məşğul olanlar (developerlər) –1690 -1810;
- marketoloqlar – 1410 — 1790;
- mühasib və maliyyə analitikləri – 1310 – 1815.
Almaniya
Almaniyada bank işçilərinin əmək haqları hər yerdə olduğu kimi əməkdaşın işlədiyi bölgədən asılıdır və əmək haqları aylıq olaraq 4 240- 4 620 avrodan başlayır. Orta illik gəlir 45 645 avro təşkil edir. Almaniyada bank sektorunda kişilər bank sektorunda qadınlardan daha çox qazanırlar – 5 190 avro/aylıq kişilər , 3 950 avro/aylıq qadınlar.
Almaniyada ərazidən asılı olaraq bank işçilərinin orta aylıq əmək haqqıları aşağıdakı kimidir.
- Saksoniya – 4 025 avro;
- Pomeraniya – 4 175 avro;
- Bavariya – 4 438 avro;
- Berlin – 4 844 avro;
- Bremen – 4 876 avro;
- Hamburq – 5 105 avro;
- Hessen – 5 405 avro.
Adi işçilərin orta aylıq əmək haqqısı – 2 350 – 2 836 avro təşkil edir.
Vəzifədən asılı olaraq bank işçilərinin aylıq gəlirləri aşağıdakı kimidir:
- kassir – 2 450 – 3 065 avro
- kredit məsləhətçisi – 3 210 – 4 060 avro;
- sahibkarlıqla bağlı məsləhətçi – 3 710 – 4 415;
- bank işi üzrə mütəxəssis – 4 320 (25,4 avro/saat);
- iqtisadçı – 4 895 (28,9 avro/saat).
Rəhbər şəxslərin əmək haqları təxminən 30% artıqdır. Bütün işçilər 13-cü maaş alırlar.
Yekuna onu bildirmək istərdik ki, bir vaxtlar Azərbaycanda bank sektoru gəlirli sahələrdən və daha çox işçi kütləsinə malik sektorlardan biri hesab edilirdi. Bu sektorda hələdə kifayət qədər şəxs çalışır, lakin digər seqmentlərdə güclü və kifayət qədər əmək haqqı təklif edən şirkətlərin yaranması bank sektorundan savadlı kadrların qismən o sektorlara üz döndərməsi ilə nəticələnmişdir. Bu prosesin bankların öz proseslərinin optimallaşdırması bitdikdən sonra geri dönmə ehtimalı olsa da, hələki proses bankların əksinə işləyir.