Bank “BTB” ASC Əməliyyat departamenti, Bank kartları şöbəsinin mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.
Əməliyyat departamenti, Bank kartları şöbəsinin mütəxəssisi
İş barədə məlumat:
1. Azərikarddan gələn kartların və ŞEN-zərflərin kassa, MXD və filiallara təhvil verilməsi;
2. İtirilmiş və müddəti bitmiş kartların sistemdə bağlanması;
3. ŞEN-kodu bloka düşmüş kartların aktivləşdirilməsi;
4. Kartlara SMS-məlumatlandırma xidmətinin aktiv və ya deaktiv edilməsi;
5. Bankomatların sistemdə qeydiyyatını aparır, ortaya çıxan problemlərin həlli üçün şöbə rəhbərinə müraciət edir;
6. POS-terminalların proqram təminatı ilə yüklənərək həmin ticarət müəssisələrində quraşdırılmasını, mütəmadi olaraq monitorinqini, ticarət müəssisələrinin hesablaşma hesabından aylıq abunə haqlarının (müqavilədə nəzərdə tutulduğu halda) silinməsini həyata keçirir;
7. Bankdaxili qaydalara əsasən kart biznesi üzrə hesabatları hazırlayır;
8. Rəhbərliyin bu şöbəyə həvalə etdiyi digər vəzifələri həyata keçirir.
Namizədə tələblər:
Ali iqtisadi təhsili;
Rus dilini bilmək;
Operativlik bacarığı;
Dəqiqlik bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər azərbaycan dilində öz CV-lərini 15 fevral 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Əməliyyat departamenti, Bank kartları şöbəsinin mütəxəssisi) göstərməyiniz xahiş olunur.