Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Komplayns” ekspert qrupunun üzvləri “Bank hesablarının açılması, aparılması və bağlanması qaydaları”, burada nəzərdə tutulan məsafədən bank hesablarının açılması zamanı müştərilərin eyniləşdirilməsi prosesini müzakirə ediblər.
FED.az xəbər verir ki, ABA-dan bildirilib ki, görüşdə, həmçinin məsafədən hesab açma prosesinin PY/TMM haqqında qanunvericilik çərçivəsində aparılmasına dair irəli sürülən təkliflər dəyərləndirilib.
Eləcə də bax: Azərbaycanda evdə oturub - BANK HESABI AÇMAQ – YENİLİK - QAYDALAR, MƏBLƏĞLƏR
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.
Azərtac