Bank hesablarına sanksiyalar qoyulmuş sahibkarlara dövlət kömək edəcək.
Eləcə də bax: Sahibkarlar yardım üçün belə müraciət edəcək - VİDEOLAR
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin iqtisadi siyasət şöbəsinin müdir əvəzi Elvin Camalov REAL TV-yə müsahibəsində məlumat verib.
O bildirib ki, bəzi sahibkarların bank hesablarına məcburi dövlət ödənişləri, vergi və sosial sığorta ödənişlərini ödəmədiyinə görə müəyyən sanksiyalar qoyulub: “Sahibkar maliyyə dəstəyindən rahat istifadə edə bilsin deyə, banklara göstəriş veriləcək ki, sanksiyalar götürülsün. Yəni bu vəsait orada bloklanmış şəkildə qalmasın”.
Qafqazinfo