Azərbaycanda bankların müştərilərə göstərdiyi xidmətlərdən biri də bank hesabından çıxarışdır.
Səfirliklər üçün bank arayışı neçəyədir? - BANKLAR, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, xüsusilə turizm mövsümündə səfirlik və viza məsələləri ilə bağlı belə sənədlərə tələbat artır. Adətən bank hesabından çıxarış son 6 ayda müştərinin bank hesabındakı vəsaitlərin məbləği barədə məlumat vermək üçün nəzərdə tutulur.
Bank hesabından çıxarışlar bəzi hallarda ödənişsiz təqdim olunsa da, bəzi banklar bu xidmətə görə müəyyən məbləğ tələb edir.
FED.az xəbər verir ki, son 6 ay üzrə bank hesabından çıxarışın qiymətləri bankdan banka dəyişir. «Azərbaycan Beynəlxalq Bankı» (ABB), «Unibank», «Azər-Türk Bank», «Bank of Baku», «Xalq Bank», «Ziraat Bank Azərbaycan», «Expressbank», «Yapı Kredi Bank Azərbaycan», «Premium Bank», «Azərbaycan Sənaye Bankı» və «Bank Avrasiya» və bu xidməti ödənişsiz təqdim edir.
Digər tərəfdən, bəzi banklarda bu xidmət ödənişlidir. Məsələn, «Paşa Bank», «Kapital Bank», «Bank BTB», «Rabitəbank», «Yelo Bank» və «Bank Respublika»da çıxarışın qiyməti 10 AZN təşkil edir. «VTB Bank», «AccessBank», «AFB Bank» və «Turan Bank» isə bu xidməti 5 AZN-ə təklif edir.
Azərbaycan Beynəlxalq Bankı (ABB) fərqli yanaşma tətbiq edərək filialdan çıxarışı ödənişsiz təqdim edir, lakin onlayn sifariş zamanı ünvana çatdırılma xidməti üçün 5 AZN tələb olunur.
Daha detallı aşağıdakı cədvəldə:
№ |
Bankın adı |
Bank hesabından son 6 ay üzrə çıxarış |
1 |
Azərbaycan Beynəlxalq Bankı (ABB) |
Ödənişsiz Onlayn aınanda ünvana çatdırılma 5 AZN |
2 |
Bank Respublika |
10 AZN |
3 |
Azər-Türk Bank |
Ödənişsiz |
4 |
Rabitəbank |
10 AZN |
5 |
Kapital Bank |
10 AZN |
6 |
Xalq Bank |
Ödənişsiz |
7 |
VTB Bank |
5 AZN |
8 |
Unibank |
Ödənişsiz |
9 |
Yelo Bank |
10 AZN |
10 |
Expressbank |
Ödənişsiz |
11 |
Ziraat Bank Azərbaycan |
Ödənişsiz |
12 |
AccessBank |
5 AZN |
13 |
Yapı Kredi Bank Azərbaycan |
Ödənişsiz |
14 |
AFB Bank |
5 AZN |
15 |
Turan Bank |
5 AZN |
16 |
Premium Bank |
Ödənişsiz |
17 |
Bank of Baku |
Ödənişsiz |
18 |
Bank BTB |
10 AZN |
19 |
Paşa Bank |
10 AZN |
20 |
Azərbaycan Sənaye Bankı |
Ödənişsiz |
21 |
Bank Avrasiya |
Ödənişsiz |