Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) təşkilatçılığı ilə Lüksemburqun Maliyyə Texnologiyalarının Ötürülməsi Agentliyi (ATTF) tərəfindən bank əməkdaşları üçün təlim təşkil edilib.
Palatadan verilən məlumata görə, “Bank sistemində risklərin idarə edilməsi” mövzusunda təşkil edilmiş dörd günlük proqramda ekspert qismində ATTF-in mütəxəssisi Paul Kleinbart çıxış edib.
Dörd moduldan ibarət təlim proqramı zamanı bank sahəsində risklərin idarə edilməsinin əsasları, o cümlədən əməliyyat risklərinin ölçülməsi və idarə edilməsinə dair problemlərin həlli yolları araşdırılıb, praktik tapşırıqlar yerinə yetirilib.
Təlimin birinci hissəsini müvəffəqiyyətlə keçmiş iştirakçılar proqramın ikinci hissəsində iştirak etmək hüququnu əldə edirlər. Sonda proqramı uğurla bitirmiş iştirakçılara beynəlxalq dərəcəli sertifikat təqdim olunacaq.