Rusiya bankları işçilərin bir hissəsinin iş yerində yaşaması varantlarına hazırlaşırlar.
FED.az xəbər verir ki, söhbət kritik funksiyalara cavabdeh olan işçilərin iş yerini tərk etməməsi və bankda yaşamasından gedir.
Eləcə də bax: Rusiyada banklar nazirə - KREDİT VERMƏDİ
Artıq Rusiyanın «Sovkombank»ında onlarla əməkdaş ofisdə yaşayış rejiminə keçirilib. Bankın sədr müavini və təsisçilərindən biri olan Serqey Xotimski bildirib ki, həmin mütəxəssislər iş yerində tam izolyasiya şəraitində yaşayır və qohumları ilə təmasda deyillər. Bank əməkdaşları bu rejimdə işləməyə könüllü şəkildə, maaşa əlavə ödəniş müqabilində razı olublar.
Rusiyanın digər bankı olan «Zenitbank»da da işdə yaşamaq üçün şərait yaradılıb. Bankın sədr müavini Konstantin Rıbakov bildirib ki, hələlik işçilərdən ofisdə yaşayan yoxdur.