“Muğanbank" ASC-nin əməkdaşı, “Həyat” filialının müdiri, Azərbaycan Dövlət iqtisad Universitetinin (UNEC) müəllimi Dr. Emin Aslanovun Malayziyanın Dövlət İnformasiya Agentliyi BERNAMA-da məqaləsi dərc edilib. "Azərbaycanın qiymətli kağızlar bazarının qısa təhlili" sərlövhəsi ilə ingilis dilində qələmə alınmış məqalə 04 iyun 2021-ci il tarixində geniş oxucu kütləsinə təqdim olunub.
Məqalənin təqdimatında bildirilir ki, sözügedən təhlil malayziyalı investorları və biznes təşkilatlarını Azərbaycanın maliyyə mühiti və onun perspektivləri barədə məlumatlandırmaq məqsədi daşıyır.
Məqalə ilə bu link-a keçid alaraq tanış ola bilərsiniz.
https://bernama.com/en/world/news.php?id=1968654