Bu ilin mart ayının sonunda ölkə üzrə cəlb olunmuş əmanətlərin məbləği 16 milyard 960 milyon 414 min manat olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nəzərən 1 milyard 886 milyon 413 min manat və ya 12,5% artım deməkdir.
Hesabat dövrünün sonuna cəlb olunmuş əmanətlərin orta % dərəcəsi 5,31% olub. Bu da, illik müqayisədə 0,7 faiz bəndi artım deməkdir. Ötən ilin mart ayının sonunda ölkə üzrə cəlb olunmuş əmanətlərin orta % dərəcəsi 4,61% olmuşdu.














