Azərbaycan əhalisinin bank əmanətlərinin həcmi 2016-cı il noyabrın 1-nə 7 413,1 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 400,8 mln. manat və yaxud 5,1% azdır.
Bu ilin əvvəlinə nisbətən əmanət qoyuluşu 2 060,8 mln. manat və yaxud 21,75% azalıb, son bir ildə isə 240,2 mln. manat və yaxud 3,35% artıb.