“Bank BTB” 2018-ci ilin 3-cü rübü üçün hesabatını açıqlayıb.
FED.az “Bank BTB”-in “Mənfəət və Zərər” haqqında hesabat əsasən xəbər verir ki, bankın 2018-ci ilin ilk 9 ayı üçün faiz gəlirləri 13 mln 904 min manat, faiz xərcləri 7 mln 947 min manat olub. Sonda xalis faiz gəlirləri 2018-ci ili 3-cü rübündə ilin əvvəli ilə müqayisədə 37,44% artaraq 5 mln 957 min manata yüksəlib.
2018-ci ilin 3-cü rübündə qeyri-faiz gəlirləri 4 mln 586 min manat, qeyr-faiz xərcləri isə 9 mln 453 min manat olub.Əməliyyat mənfəəti 2018-ci ilin ilk 9 ayında 1 mln 90 min manat olduğu halda , ilin əvvəlində əməliyyat mənfəəti olmayıb və 5 mln 350 min manat zərər əldə olunub.
Yekunda, 2018-ci ilin 3-cü rübünü bank dövrü 2 mln 182 min manat mənfəətlə başa vurub.
Xatırladaq ki, bank ötın rübü 1 mln 48 min manat mənfəətlə başa çatdırıb. 2017-ci ildə bank dövrü 687 min manat mənfəətlə tamamlayıb. Bankın ilin əvvəlində xalis mənfəətinin az olmasının səbəbi isə qeyri-faiz xərclərinin qeyri-faiz gəlirlərindən 5,3 dəfə artıq olması olub.
FED.az “BTB Bank”ın “Balans” hesabatına istinadən bildirir ki, bankın 2018-ci ilin 3-cü rübündə cəmi aktivləri ilin əvvəlinə nisbətən 12,65% artaraq 302 mln 776 min manata yüksəlib, cəmi kapital isə 4,85% artaraq 56 mln 588 min manat olub.
Bankın 2018-ci ilin ilk 9 ayında kredit portfeli ilin əvvəlinə nəzərən 29,29% artaraq 169 mln 299 min manat təşkil edib.