Azərbaycanın orta seqmentli bankları sırasında olan «Bank BTB» 2020-ci ili böyük zərərlə başa vurub.
FED.az bu barədə bankın hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, 2020-ci ildə bankın faiz gəlirləri 26,1 milyon manat, faiz xərcləri 14,2 milyon manat təşkil edib.
Ötən il qeyri-faiz gəlirləri 5 milyon manat, gəlirləri 15 milyon manat olub.
Bundan başqa, bank, mümkün zərərlərdən qorunmaq üçün 11 milyon manat ehtiyat yaradıb.
Nəticədə Bank BTB ili 9 milyon 100 min manat məbləğində zərərlə başa vurub.
2020-ci ilin sonunda Bankın aktivləri 356,14 milyon manat, öhdəlikləri 302,15 milyon manat təşkil edib.
Bankın kredit portfelini 219 milyon 344 min manat olub, ötən il bu göstərici 3% az idi.
2020-ci ilin nəticələrinə görə, bankın kapitalı 10 milyon manat və ya 15,6% azalaraq 63 milyon 971 min manatdan 53 milyon 980 min manata enib.