«Bank BTB»nin 2020-ci ilin 1-ci rübünü necə başa vurduğu məlum olub.
FED.az xəbər verir ki, rüb ərzində bankın faiz gəlirləri 6 milyon 623 min manat, faix xərcləri 3 milyon 147 min manat, xalis faiz gəliri 3 milyon 476 min manat təşkil edib.
Bu dövrdə bankın qeyri-faiz gəlirləri 1 milyon 361 min manat, qeyri-faiz xərcləri isə 3 milyon 909 min manat olub. Nəticədə Bank rübü 928 min manat əməliyyat mənfəəti ilə başa vurub.
166 min manatlıq mənfəət vergisi ödənişini də nəzərə alanda, bank rübü 762 min manat xalis mənfəətlə başa vurub. Qeyd edək ki, Bank BTB ötən ilin 1-ci rübünü 2 milyon 688 min manat zərərlə bitirmişdi. Zərərin səbəbi, problemli kreditlər görə, böyük həcmdə ehtiyat ayırmalarını olması idi. Amma prblemli kreditlərin həlli ilə bağlı ötənilki prezident fərmanından sonra bankın kredit portfeli «təmizlənib» və bank ili 7,5 milyon manat xalis mənfəətlə başa vurmuşdu. Bu məbləğin 4,9 milyon manatı da problemli borclara görə, ayrılmış ehtiyatların geri qaytarılması idi.
Bu dövrdə bankın cəmi aktivləri 25,2% artaraq 364,3 milyon manata, öhdəlikləri 25,7% artaraq 299,4 milyon manata çatıb. Bankın cəmi kapitalı isə 22,8% artım nümayiş etdirərək 64,94 milyon manat təşkil edib.
Birinci rübdə bankın kredit portfeli 13 milyon manat və ya 6,3% artaraq 219 milyon 755 min manat olub.
Bankın depozit portfelində isə ciddi azalma olub. Birinci rübdə Bank BTB-də derpozitlərin məbləği ilin əvvəli ilə müqayisədə 25,6 milyon manat və ya 19,2% azalaraq 133,3 milyon manatdan 107,7 milyon manata düşüb.