«Bank BTB» ASC 2020-ci ilin 3-cü rübünün nəticələrini açıqlayıb.
FED..az xəbər verir ki, ilin ilk 9 ayında bankın faiz gəlirləri 19,7 milyon manat (23% artıb), faiz xərcləri 10,4 milyon manat təşkil edib (19,5%). Nəticədə bankın xalis faiz gəliri 9,36 milyon manat olub (28,2% artıb).
Bankın qeyri-faiz əməliyyatlarında isə problem var. Belə ki, ilk 9 ayda «Bank BTB»nin qeyri-faiz gəlirləri xeyli azalıb. Qeyri-faiz gəlirləri 3,2 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrnüdən 30,4% azdır. Əvəzində qeyri-faiz xərcləri 5,7% artaraq 11,2 milyon manat olub.
Nəticədə «Bank BTB» 3-cü rübü təqribən ötənilki qədər əməliyyat mənfəəti ilə başa vurub - 1,4 milyon manat və ya ötən illə müqayisədə 4,8% artıq.
Bununla yanaşı, bank bu il aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün 959 min manat ehtiyat ayırmalar edib.
Ötən il isə əksinə olmuşdu – 2020-ci ilin eyni dövründə «Bank BTB» ehtiyatlar üzrə mümkün ayırmalardan geriyə 2663 min manat götürmüşdü. Bu da dollar kreditlərinin tənzimlənməsi üzrə prezidentin fərmanı nəticəsində mümkün olmuşdu.
Nəticədə ötən il bankın xalis mənfəəti 3999 min manat olduğu halda, bu il xalis mənfəət 9 dəfə azalaraq 442 min manata düşüb.
3-cü rübün sonuna bankın «Bank BTB»nin aktivlərin həcmi 355,8 milyon manat təşkil edib. Burada ilin əvvəli ilə müqayisədə 4,2% artım var. Bankın xalis kredit portfeli 3,6% artaraq 214,2 milyon manat olub.
Bu dövrdə «Bank BTB» qiymətli kağızlar bazarında aktivləşib və bu sahəyə 11,4 milyon manat yatırıb. İlin əvvəli ilə müqayisədə artım 4,5 dəfədir.
Bank və maliyyə institutlarındakı depozitlər isə təqribən 2 dəfə artaraq 24 milyon manatı keçib.
Bankın öhdəlikləri isə 4,7% artaraq 291,1 milyon manata çatıb.
Bu dövrdə bank depozitləri 4,5% azalaraq 127 milyon manat təşkil edib.
Oktyabrın 1-ə bankın 1,2% azalaraq 64,7 milyon manat təşkil edib.