“Bank BTB”2018-ci il üçün maliyyə nəticələrini açıqlayıb.
FED.az “Bank BTB”-in “Mənfəət və Zərər” haqqında hesabatına əsasən xəbər verir ki, bankıın 2018-ci ildə faiz gəlirləri 19 mln 69 min manat, faiz xərcləri isə 10 mln 887 min manat təşkil edib. 2018-ci il üçün xalis faiz gəlirləri ötən ilin eyni dövrünə nəzərən 1,8 dəfə artaraq 8 mln 181 min manata çatıb.
Hesabat dövründə bankın qeyri-faiz gəlirləri ötən illə müqayisə də 2,9 dəfə artaraq 6 mln 588 min manat, qeyri-faiz xərcləri isə 11,77% artaraq 13 mln 339 min manat olub. Aktivlər üçün mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar 2018-ci ildə 726 min manat təşkil edib.
Eləcə də bax: "Royalbank"ın pulları hamıya çatdı - ELAN
Yekunda bank 2018-ci ili 704 min manat mənfəətlə başa vurub. Xatırladaq ki, bank 2017-ci ili 687 min manat mənfəətlə başa vurmuşdu. Yəni bu il bankın xalis mənfəəi 2,47% artıb.
FED.az bankın “Balans” hesabatına əsasən bildiri ki, bankın 2018-ci ildə cəmi aktivləri ötən ilə nəzərən 17,12% artaraq 314 mln 773 min manat, cəmi kapital isə 2,66% artaraq 55 mln 40+6 min manata çatıb.
Bankın kredit portfeli 2018-ci ildə ötən ilə nisbətən 33,83% artaraq 175 mln 231 min manata çatıb.
“Bank BTB” "Mənfəət və Zərər"
"Bank BTB" "Balans"