“BTB” ASC yarım ilin nəticələinə görə hesabatını açıqlayıb. FED.az-ın bank hesabatına istinadən məlumatına görə, 2018-ci ilin 2-ci rübünün nəticələrinə görə, bankın faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 1,4% azalaraq 8 milyon 794 min manata, faiz xərcləri isə 6,1% artaraq 5 milyon 194 min manata çatıb.
"Rabitəbank"ın mənfəəti azalıb – YARIMİLLİK HESABAT
Bu dövrdə bankın qeyri faiz gəlirləri 14,3% artaraq 2 milyon 837 min manata, qeyri-faiz xərcləri isə 8,8% artaraq 6 milyon 83 min manata çatıb.
Nəticədə bankın əməliyyat mənfəəti 354,65 min manat təşkil edib, aktivlər üzrə mümkün zərərlərə görə ayırmalardan gələn vəsaitləri – 693,26 min manat - nəzərə alanda ilk yarım ildə bankın mənfəəti 1 047,91 min manat təşkil edib, ötən il isə bu göstərici cəmi 122 min manat idi.
Hesabata əsasən 30.06.2018-ci il tarixinə Bankın aktivləri 299 449 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,4 % artım deməkdir.
Bankın aktivlərinin artımı kredit portfeli hesabına təmin olunub. Kredit portfeli ötən ilin müvafiq dövrü ilə təqribən 40% artaqaq 135 931 min manatdan 189 556 min manata çatıb. Bankın məcmu kapitalı 54 milyon 875 min manat təşkil edir.