«Bank BTB»nin ən çox kredit ayırdığı sahələr məlum olub.
FED.az xəbər verir ki, «Bank BTB» bu ilin 3-cü rübünün nəticələrinə görə, müştərilərinə 195 milyon 239 min manat kredit verib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 25 milyon 940 min manat və ya 15,32% artıqdır.
Eləcə də bax:Bank“BTB” bu ilin 9 aylıq maliyyə nəticələrini - AÇIQLADI
Bank hesabatına görə, ən çox kredit fiziki şəxslərə verilən istehlak kreditlər olub. Belə ki, fiziki şəxslərə şəxsi ailəvi və sair məqsədlər üçün 153 milyon 188 min manat manat kredit verilib ki, bu da bankın ümumi kredit portfelinin 78%dən çoxunu təşkil edir.
Ayrılan kreditlərin böyük hissəsi - 95 milyon 055 min manatı yaşayış sahəsinin alınması və tikintisinə verilib.
Özəl təsərrüfat cəmiyyətlərinə 37 milyon 824 min manat, bundan ticarət müəssisələrinə 31 milyon 015 min manat kredit verilib.
Bankın ümumi kredit portfelinin 11 milyon 047 min manatı və ya 6%-nı qeyri-standart kreditlər, 16 milyon 661 min manatı və ya və ya kredit portfelinin 9%-ı vaxtı keçmiş kreditlər olub.
Bankın vaxtı keçmiş kreditləri ən çox fiziki şəxslərə verdiyi kreditlərdə olub. Belə ki, bu sahəyə verilən 153 milyon 188 min manatın 11 milyon 729 min manatı və ya 6%-nın vaxtı keçmiş kreditlər olub.
Bankın kreditlərinin böyük hissəsi paytaxtda verilib - 195 milyon 239 min manatlıq kredit portfelinin 174 milyon 170 min manatı Bakının payına düşüb. Bunun da 15 milyon 551 min manatı vaxtı keçmiş kreditlər olub (8,9%) .
Bankın Gəncədə verdiyi 21 milyon 069 min manat kreditin isə 1 milyon 109 min manatının vaxtı keçmiş kreditlər təşkil edib (5,2%).
Bank adi ehtiyatlar üçün 2 milyon 327 min manat, məqsədli ehtiyatlar üçün isə 10 milyon 654 min manat ayırma edib.
Nəticədə də adi ehtiyatların kredit portfelində çəkisi 1%, məqsdəli ehtiyatların kredit portfelində çəkisi 9% təşkil edib.