«Bank BTB» bankın 2 filialının bağlanması və 50-dək işçinin ixtisar edilməsi ilə bağlı yayılan məlumatlara münasibətini açıqlayıb.
Eləcə də bax: Ciddi problemləri olduğu bankın sədrinin vəzifəsindən - AZAD EDİLDİYİ BİLDİRİLİR
Bankdan FED.az-a verilən məlumata görə, «Bank BTB» müştərilərin, biznes subyektlərinin bankın xidmət və məhsullarına əlçatanlığının təmin olunması məqsədilə xidmət şəbəkəsini daha da optimallaşdırır.
“Bank BTB xidmət nöqtələrinin daha rahat məkanda seçilməsinə xüsusi diqqət verir. Bu səbəbdən xidmət şəbəkəsinin korporativ standartlara uyğun filiallardan təşkil edilməsi və müştəri rahatlığını təmin edən, yeni avadanlıqlarla təchiz olunan xidmət nöqtələrinin istifadəyə verilməsi üzərində artlq intensiv işlərə başlanılıb. Buna misal olaraq, qeyd edə bilərəm ki, müasir standartlara cavab verən “Gənclik” filialı 2019-cu ilin sonlarında müştərilərin istifadəsinə verilib.” – deyə Bank BTB-nin Marketinq departamentinin direktoru Fuad Cəfərov bildirib.
Onu da məlumat verək ki, yuxarıda qeyd edilən standartlara cavab verən Azadlıq filialı və digər yeni filialların yaxın zamanlarda müştərilərin ixtiyarına verilməsi planlaşdırılır.
Eləcə də bax: Azərbaycanda mənfəətini - 10 DƏFƏ ARTIRAN - BANK VAR
Bunlarla yanaşı, bu il Bank BTB üçün əlamətdar ildir. Çünki, Bank öz fəaliyyətinin 10 illiyini qeyd edir. Fəaliyyətimizin 10 illiyini əhatə edəcək “Bank BTB 2019-2021-ci illər üçün təsdiqlənmiş yeni inkişaf strategiyası çərçivəsində silsilə tədbirlər, məhsul yönümlü kampaniyalar, KSM layihələr və rəqəmsallaşan bank xidmətləri ilə təmsil olunacaq. Sürətlə böyüyən Bank BTB-nin 2019-cu il maliyyə göstəriciləri ilə yanaşı, işçi sayında da 16% artım müşahidə olunur. Göstəricilərimizlə tanış olun: Bank BTB 2019-cu ildə mənfəətini əhəmiyyətli dərəcədə artırıb - Bank BTB
Bank BTB 2019-cu ildə mənfəətini əhəmiyyətli dərəcədə artırıb - Bank BTB
|