FED.az bbn.az-a istinadən xəbər verir ki, 4 ildə bankın bir çox göstəriciləri müsbət istiqamətdə dəyişib.
Bankın aktivlərinin həcmi 4 ildə 49,19% artaraq 314,8 milyon manata yüksəlib. Qeyd edək ki, bank bu göstəriciyə görə ölkədəki 30 bank araında 20-ci yerdədir. (http://fed.az/az/news/read/56419).
Bankın kredit portfeli və depozit portfeli son 4 ildə 100 milyon manatı keçib. Belə ki, bankın kredit portfeli 175,2 milyon manat, depozit portfeli isə 123,7 milyon manat təşkil edib.
Eləcə də bax: “Amrahbank”da yeni - TƏYİNATLAR
Bankın faiz gəlirləri son 4 ildə 13,57% azalaraq 19,1 milyon manat olub. Lakin ötən illə müqayisə etsək 38,41% artım müşahidə edərik.
Faiz xərcləri son 3 ildə 10 milyon manatı keçərək 10,9 milyon manata çatıb.
Qeyri-faiz xərcləri 3 ildə davamlı artaraq 13,3 milyon manat olub. Qeyri-faiz gəlirləri isə son 4 ildə 2,75 dəfə artaraq 6,6 milyon manata çatıb.
Nəticədə bankın xalis mənfəəti ötən il 0,7 milyon manatla tamamlanıb. 2017-ci ildədə bank dövrü 0,7 milyon manatla başa vurmuşdu. Əvvəlki illərdə isə bank dövrü zərələ başa çatdırıb.( 2015-ci ildə -1,5 milyon manat; 2016-cı ildə -13,1 milyon manat).
Göstəricilər | 2015 | 2016 | 2017 | 2018 |
Aktiv | 211 | 241.5 | 268.8 | 314.8 |
Aktivlərin nisbi dinamikası | – | 14.5 | 11.3 | 17.1 |
Kredit Portfeli | 89.9 | 144.0 | 130.9 | 175.2 |
Kredit Portfelinin nisbi dinamikası | – | 60.2 | -9.1 | 33.8 |
Depozit portfeli | – | 65.9 | 90.3 | 123.7 |
Depozit portfelinin nisbi dinamikası | – | – | 37.1 | 36.9 |
Balans kapitalı | – | 38.6 | 54.0 | 55.4 |
Balans kapitalının nisbi dinamikası | – | – | 39.8 | 2.7 |
Xalis mənfəət | -1.6 | -13.1 | 0.7 | 0.7 |
Xalis əməliyyat mənfəəti | – | 0.3 | -5.4 | 1.4 |
Faiz gəlirləri | 22.1 | 14.8 | 13.8 | 19.1 |
Faiz xərcləri | – | 9.1 | 9.5 | 10.9 |
Qeyri-faiz gəlirləri | 2.4 | 4.6 | 2.3 | 6.6 |
Qeyri-faiz xərcləri | – | 10.0 | 11.9 | 13.3 |
Ehtiyat ayırmaları | – | 13.4 | -6.0 | 0.7 |