"Bank BTB" cari ilin 3-cü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. Bankdan verilən xəbərə görə, 30 sentyabr tarixinə bankın aktivləri 237 mln. manat təşkil edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 52.08 % artım deməkdir.
Bankın kredit portfellidə eyni dövr ərzində 54,96 % artım göstərərək 147 mln. manat təşkil edib. Depozit portfeli isə 82 mln. manat təşkil edir.
Hesabat dövründə “Bank BTB” kreditlərə ehtiyatın yaradılması hesabına zərər etsə də, xalis əməliyyat mənfəəti 708 min manat olub.
Bankın məcmu kapitalı cüzi artım göstərməklə kapital normalarına tam uyğun olaraq 52 840 min manat təşkil edib.
Bank xidmətləri haqqında Məlumat Mərkəzi (012) 946 qısa nömrəsindən, rəsmi sayt www.btb.az və ya bankın www.facebook.com/bankbtb ünvanında olan "Facebook" səhifəsindən ətraflı məlumat almaq mümkündür.