Azərbaycanda bir qədər əvvəl fəaliyyətini dayandırmış «Bank BTB»nin rəhbər heyətinə ödənilən bonusların məbləği açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bankın fəaliyyəti dayandırıldığına görə, bu menecmentin buradakı sonuncu bonusları olub.
Belə ki, bankın açıqlamasına görə, 2025-ci ilin nəticələri üzrə «BTB Bank»ın rəhbər heyətinə 698 min manat bonus ödənilib.
Bu 2024-cü illə müqayisədə bir qədər azdır – əvvəlki il bank menecmenti 709 min manatlıq bonus əldə etmişdi.
Xatırladaq ki, «Bank BTB» 2025-ci ili 2 milyon 427 min manat xalis mənfəətlə tamamlamışdı.














