“Bakı Fond Birjası” QSC-nin yenilənmiş listinq qaydalarının tələblərinə əsasən, “Bank BTB” ASC alternativ bazar seqmentindən standart bazar seqmentinə keçirilib.
FED.az bu barədə Birjaya istinadən xəbər verir.
Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 66,45 mln. manatdır. Bankın səhmlərinin 74,99%-i Nigar Mehdiyevaya, 19,01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur.