Ötən il «Bank BTB» gəlirlərini artırmağa nail olub.
Azərbaycanda banklar pulu nədən qazanırlar? – GƏLİR MƏNBƏLƏRİ, MƏBLƏĞLƏR – BANKLAR (31.12.2025)
2025-ci ildə Bank bütün mənbələrdən 33 milyon 784 min manat gəlir əldə edib. Bu əvvəlki illə müqayisədə 1,65 milyon manat və ya 5,1% artım deməkdir.
FED.az biznes və maliyyə xəbərləri portalı bu dəfə “Bank BTB”nin 2025-ci il üxrə gəlir mənbələrini araşdırıb.
Ötən il bankın gəlirlərinin böyük hissəsi – 31 milyon 951 min manatı və ya 95%-i bankın kredit portfelinin gəlirlərindən formalaşıb. Bu sahədən gəlirlər 2024-cü illə müqayisədə 10,3% artıb.
“Bank BTB”ın gəlir mənbələri məhduddur. Kredit portfeli bütün gəlirlərin 95%-ni təmin edir, qalan 5% isə digər mənbələrin payına düşür.
İkinci ən böyük gəlir mənbəsi komissiya haqlarından gəlirlər hesabına formalaşıb. Bu gəlirlər bir ildə 19,8% artım göstərərək 1 milyon 109 min manata çatıb ki, bu da, ümumi gəlirlərin 3%-i deməkdir.
Bank digər faiz gəlirlərindən 574 min manat qazanıb ki, bu da, illik müqayisədə 3,8 dəfə azalma deməkdir. Bu sahədən daxilolmalar üumi gəlirlərin 2%-ini tutub.
Bank digər banklara kredit ayıraraq 150 min manat qazanıb, bütün gəlirlərin cüzi hissəsi bu mənbədən yaransa da, bir il əvvələ nəzərən bu gəlirlər 80,7% artıb.
Bankda qiymətli kağızlardan, başqa banklardan depozit, valyuta əməliyyatlarından gəlirlər, digər qeyri-faiz gəlirləri qeydə alınmayıb.
2024-2025-ci illər ərzində “Bank BTB”nin gəlirlərinin məbləği, onun ümumi gəlirlərdəki payı və gəlirlərin məbləğinin illik dinamikası aşağıdakı kim olub:
|
Gəlir mənbələri |
Məbləğ - 2024 |
Ümumi gəlirdə payı - 2024 (%) |
Məbləğ - 2025 |
Ümumi gəlir də payı - 2025 (%) |
Məbləğlərin illik müqayisəsi - % |
|
Kredit portfeli üzrə faiz gəliri |
28 964 |
90% |
31 951 |
95% |
10,30% |
|
Digər banklara kreditlərdən gəlirlər |
83 |
0% |
150 |
0% |
80,70% |
|
Komissiya haqları |
926 |
3% |
1 109 |
3% |
19,80% |
|
Digər faiz gəlirləri |
2 161 |
7% |
574 |
2% |
3,8 dəfə |
|
|
|||||
|
Cəmi gəlirlər |
32 134 |
100% |
33 784 |
100% |
5,10% |












