«Bank BTB» ASC pulu nədən qazanır?
FED.az Azərbaycanın kiçik banklarından olan “Bank BTB”nin gəlir mənbələrini təqdim edir.
«Bank BTB» zərərlə işləməyə başladı – DEPOZİTLƏRİ AZALIR – HESABAT
2023-cü ilin üçüncü rübünün nəticələrinə görə “Bank BTB”nin gəlirləri 25 milyon 885 min manat təşkil edib. Bu məbləğin böyük hissəsi – 21 milyon 887 min manatı və ya 85%-i bankın kredit portfelinin gəlirlərindən formalaşıb. Bu bankın başqalarından əsas fərqi odur ki, “Bank BTB”ın gəlir mənbələri məhduddur. Bankın əsas gəlirləri iki istiqamətin üzərində qurulub – kredit portfelindən daxil olan faizlər və digər qeyri-faiz gəlirləri. Kredit portfeli bütün gəlirlərin 85%-ni təmin edir, qalan 15% isə digər mənbələrin payına düşür. Bank ölkənin bank sistemində 19-cu yeri tutur. Bankda qiymətli kağızlardan, başqa banklardan depozit və ya valyuta əməliyyatlarından gəlirləri demək olar ki, yoxdur. Digər faiz və digər qeyri-faiz gəlirlərindən isə ümumilikdə 3 milyon 455 min manat gəlir əldə edib ki, bu da ümumi gəlirin 12%-ini əhatə edir .
Ümumiyətlə, “Bank BTB”nin gəlirlərinin 88%-i faiz, 12%-i qeyri-faiz gəlirlərindən ibarətdir. Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir :
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
21 887 |
85% |
QK-a investisiyadan gəlir |
- |
- |
Digər banklara depozitlərdən gəlirlər |
- |
- |
Digər banklara kreditlərdən gəlirlər |
62 |
1% |
Komissiya haqları |
481 |
2% |
Valyuta əməliyyatlarından gəlirlər |
- |
- |
Digər faiz gəlirləri |
294 |
1% |
Digər qeyri-faiz gəlirləri |
2 961 |
11% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
25 885 |
100% |