“Bank BTB” Azərbaycan Banklar Assosiasiyasının təşkil etdiyi “Bankçılıq Mükafatları 2023” tədbirində “Özünüməşğulluq Proqramında iştirak” nominasiyası üzrə qalib banklar siyahısında yer almışdır.
FED.az xəbər verir ki, “Bankçılıq Mükafatları” ölkə bankları arasında korporativ sosial məsuliyyət, eləcə də təhsil və maliyyə savadlılığının artırılması ilə bağlı layihələri qiymətləndirmək üçün müxtəlif nominasiyalar üzrə ən fəal bankların seçilməsi məqsədilə təşkil edilən nüfuzlu mükafat hesab edilir.
Korporativ sosial dəyərləri öz fəaliyyətində daim rəhbər tutan Bank BTB əhalinin sosial rifahının yüksəldilməsi məqsədilə ehtiyacı olan ailələrə daim öz dəstəyini göstərir. Qeyd edək ki, ötən il Bank BTB Özünüməşğulluq proqramı çərçivəsində 52 ailəyə dəstək verərək onların şəxsi bizneslərini qurmaq istiqamətində öz töhfəsini vermişdir.
Bank BTB-nin məhsul, xidmət və kampaniyalarından faydalanmaq üçün bankın Bakı, Sumqayıt və Gəncə filial şəbəkəsinə və ya onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də, 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərsiniz. Bundan əlavə, (012) 946 nömrəli Məlumat mərkəzi və www.btb.az rəsmi saytı daim müştərilərin xidmətindədir.