Bank “BTB” ASC və “Easypay” MMC arasında olan əməkdaşlıq nəticəsində artıq Bank BTB-nin bütün növ ödənişlərini EasyPay terminalları vasitəsilə ödəmək imkanı yaradılmışdır. Belə ki, Bank BTB-nin istənilən müştərisi Easypay terminallarında kredit ödənişlərini, depozit qalığının artırılmasını, ödəniş kartına bağlı və ya bağlı olmayan cari hesablarının balansının artırılmasını həyata keçirə bilər.
Bunun üçün EasyPay terminallarında Banklar bölməsində Bank BTB səhifəsi mövcuddur. Müştəri terminalda Bank BTB səhifəsinə keçdikdə 3 istiqamət üzrə ödəniş seçimi görəcəkdir. Bunlar Kredit, Depozit və Hesablar seçimləridir. Müştəri istədiyi ödəniş istiqamətini seçəndən sonra, müştəri kodu və doğum tarixini daxil etməklə müvafiq səhifəyə keçid edib ödənişini həyata keçirə bilər. Ödəniş bitdikdə ödənişin həyata keçirilməsi barədə qəbz çap olunacaqdır.
Bank BTB - nin məhsul və xidmətləri, həmçinin filial və şöbələri haqqında (012) 946 nömrəli Məlumat Mərkəzindən, www.btb.az saytından və ya bankın Facebook səhifəsindən www.facebook.com/bankbtb ətraflı məlumat almaq mümkündür.