"Bank BTB" ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə Rzayev Emil Sabir oğlu təyin olunub.
Bankdan verilən məlumata görə, E. Rzayev Samir Qocayevi əvəzləyib.
"Bank BTB"-nin Müşahidə Şurasında da dəyişikliklər baş verib. Belə ki, İdarə Heyətinin sabiq sədri Samir Qocayev Asim Salamovu əvəzləyib. Hal-hazırda Müşahidə Şurasının tərkibi 3 nəfərdən ibarətdir.
Maraqlıdır ki, Emil Rzayev bundan əvvəl "Bank BTB"-nin İdarə Heyətinin sədri olub. Həmin dövrdə Samir Qocayev və Asim Salamov Emil Rzayevin müavini idilər.