Bank “BTB” ASC–2017 ci il üzrə maliyyə nəticələrini açıqlayıb.
Belə ki, 31 dekabr 2017-ci il tarixinə bankın aktivləri 268,770 mln. manat təşkil edib ki, bu da ötən il ilə müqayisədə 11.29% artım deməkdir.
Müştərilərə verilən kreditlərin həcmi də 7.4 % artaraq 154,688 mln. manat təşkil etmişdir. İlin sonuna bankın xalis mənfəəti 687 min manat təşkil etmişdir.
Bankın kapitalı əhəmiyyətli dərəcədə artaraq 66450 min manata çatdırılıb.
Bank xidmətləri haqqında Məlumat Mərkəzi (012) 946 qısa nömrəsindən, rəsmi sayt www.btb.az və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.