Bank “BTB” ASC Marketinq departamentinə Məhsulların yaradılması şöbəsinin baş mütəxəssis vəzifəsinə işə qəbul elan edir.
2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.
Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Məhsulların yaradılması şöbəsinin mütəxəssisi
İş barədə məlumat:
1. Marketinq strategiyası, bank məhsul və xidmət standartları və digər əlaqədar layihələrin hazırlanmasında, xidmət şəbəkəsi işçilərini, habelə digər aidiyyatı işçilərin məlumatlandırılmasında iştirak edir.
2. Məhsul və xidmətlər barədə mütəmadi bazar araşdırmalarının aparılmasını, müştəri qruplarının müəyyənləşdirilməsi və uyğun təkliflərin hazırlanmasında iştirak edir.
3. Mövcud məhsul və xidmətlər bazarının, satışların daimi təhlil olunması, onların xüsusiyyətlərinə və şərtlərinə əlavə və ya dəyişikliklərin edilməsi barədə təkliflərin hazırlanmasında iştirak edir.
4. Bankın məhsul və xidmətlərin yaradılması və ya təkmilləşdirilməsi.
5. Bankın məhsul və xidmətlərinin təbliğat - təşviqat materiallarının strukturunun və mətninin hazırlanması.
6. Məhsulların hazırlanması ilə bağlı biznes proseslərin gedişatının tənzimlənməsi və müvafiq nəzarətin həyata keçirilməsi.
Namizədə tələblər:
1. Ali iqtisadi və ya biznes sahəsi üzrə təhsil;
2. Ən azı 2 il marketinq sahəsində iş təcrübəsi;
3. Rus və ya İngilis dillərini ən azı orta səviyyədə bilmə;
4. Ünsiyyətqurma bacarığı;
5. Analitik düşüncə;
6. Yaradıcılıq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30 Sentyabr 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində ( Məhsulların yaradılması şöbəsinin baş mütəxəssisi ) göstərməyiniz xahiş olunur.