Bank

Bank BTB işçi axtarır – VAKANSİYA

Bank BTB işçi axtarır – VAKANSİYA | FED.az
20:05 19 İyul 2019
Bank “BTB” ASC Satışlar departamenti, Korporativ bankçılıq şöbəsinin baş mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

Korporativ bankçılıq şöbəsinin baş mütəxəssisi

İş barədə məlumat:

• Korporativ sahə üzrə məhsul və xidmətlərin satışı;
• Korporativ satışlar barədə mütəmadi təhlillərin aparılması, müvafiq hesabat və təkliflərin hazırlanması;
• Korporativ sahə üzrə satış standartlarının, onlara əlavə və dəyişikliklərin və digər əlaqədar layihələrin  hazırlanması, müvafiq təsdiqdən sonra bütün satış şəbəkəsi işçilərini, habelə digər aidiyyəti işçilərin məlumatlandırılması;
• Mütəmadi olaraq, korporativ müştərilərlə görüşün təşkil olunmasıı və xidmətin keyfiyyəti barədə rəylərin öyrənilməsi;
• Bankın satış şəbəkəsinə yeni müştərilərin cəlbedilməsi işində satış strukturlarına dəstək olunması ;
• Bankın satış fəaliyyəti üçün əhəmiyyət kəsb edə biləcək biznes inkişafı istiqamətli layihələrinin hazırlanması və tətbiqində yaxından iştirakı.

Namizədə tələblər:
   
- ali iqtisadi və ya biznes sahəsi üzrə təhsil;
- ən azı 2 il müştəri xidməti sahəsində bank təcrübəsi;
- Azərbaycan, Rus və İngilis dilləri;
- ünsiyyətqurma bacarığı;
- satış bacarığı;
- analitik bacarıq;
- yaradıcılıq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. 
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Korporativ bankçılıq şöbəsinin baş mütəxəssisi) göstərməyiniz xahiş olunur.

 

Digər xəbərlər