Bank “BTB” ASC Risklərin idarə edilməsi departamenti/Risklərin təhlili şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.
Risklərin təhlili şöbəsinin aparıcı mütəxəssisi
İş barədə məlumat:
• Risklərin idarə edilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq və kənarlaşmalar barəsində RİK, İdarə Heyətinə və Müşahidə Şurasına təqdim edilməsi üçün hesabat hazırlamaq;
• Bankın aidiyyatı struktur bölmələri ilə birgə fəaliyyət növləri üzrə risk limitlərinin hesablanması və onlara dəyişikliklərin edilməsi barədə RİK-ə və İdarə Heyətinə təkliflər hazırlamaq;
• Risk limitlərinə riayət olunmasına daimi nəzarəti həyata keçirmək və pozuntular barədə dərhal birbaşa rəhbərinə məlumat vermək;
• Risklərin idarə edilməsi üzrə yeni alətlərinin və metodların tətbiqi barədə təkliflər vermək;
• Bankdaxili prosseslərdə risklərin qiymətləndirilməsi, çatışmamazlıqların müəyyən edilməsi və tədbirlər planın hazırlanması və rəhbərliyə təqdim olunması
• Aşkar olunmuş nöqsan və çatışmamazlıqlarla bağlı təkliflərin hazırlanması və qayda və prosedurların yenidən nəzərdən keçirilərək qiymətləndirilməsi
Namizədə tələblər:
Ali təhsil;
Azərbaycan, İngilis və Rus dillərində danışıq və yazı bacarığının olması;
Bank sahəsində ən azı 2 il iş təcrübəsi (əməliyyat və kredit sahəsində çalışanlara üstünlük verilir);
Bank qanunvericiliyinə dair biliklərin olması;
Banklarda risklərin idarə edilməsi sahəsində anlayışın olmağı;
Analitik düşüncə;
Microsoft Office proqramları üzrə biliklər (Excel orta səviyyə, funksiyalarla işləmə bacarığı);
Ezamiyyətlərə getmə imkanı
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) 30.04.2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Risklərin təhlili şöbəsinin mütəxəssisi göstərməyiniz xahiş olunur.