Bank “BTB” ASC Kredit şöbəsinin rəhbəri
Kredit şöbəsinin rəhbəri
İş barədə məlumat:
- Mövcud kredit məhsullarının şərtlərinin dəyişdirilməsi və yeni kredit məhsulları barədə təkliflər hazırlayır və filial müdirinə təqdim edir;
- Filialın kredit məhsullarının təşviqini və yeni borcalanların cəlb olunmasını təşkil edir;
- Filialın kredit portfeli və onun keyfiyyəti üzrə hədəflərinin icrasını təşkil edir;
- Kredit məhsullarının satışı və kredit portfelinin keyfiyyətinə gündəlik nəzarət edir;
- Gündəlik əsasda kreditlərin ödənişinə nəzarət edir və bankdaxili qaydalara müvafiq olaraq, problemli borclar üzrə müvafiq tədbirlər görür;
- Filialın kredit portfeli və onun keyfiyyəti üzrə hədəflərinin yerinə yetirilməsi üçün tam məsuliyyət daşıyır.
Namizədə tələblər:
- Ali iqtisadi təhsil;
- Kreditləşmə sektorunda ən azı 2 il iş təcrübəsi;
- Ünsiyyət qurma bacarığı;
- Satış bacarığı;
- Monitorinq və nəzarət etmə bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini azərbaycan dilində 30 Aprel, 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Kredit şöbəsinin rəhbəri göstərməyiniz xahiş olunur.