Bank “BTB” ASC Əməliyyat departamenti, Bank kartları şöbəsinin mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.
İş barədə məlumat:
- Azərikarddan gələn kartların və ŞEN-zərflərin MXD və filiallara təhvil verilməsi;
- İtirilmiş və müddəti bitmiş kartların sistemdə bağlanması;
- ŞEN-kodu bloka düşmüş kartların aktivləşdirilməsi;
- SMS-məlumatlandırma xidmətinin aktiv və ya deaktiv edilməsi;
- Bankomatların sistemdə qeydiyyatını aparır, ortaya çıxan problemlərin həlli üçün şöbə rəhbərinə müraciət edir;
- POS-terminalların proqram təminatı ilə yüklənərək həmin ticarət müəssisələrində quraşdırılmasını, mütəmadi olaraq monitorinqini həyata keçirir;
- Bankdaxili qaydalara əsasən hesabatları hazırlayır;
- Rəhbərliyin bu şöbəyə həvalə etdiyi digər vəzifələri həyata keçirir.
Namizədə tələblər:
- Ali təhsil;
- Ən azı 1 il bank təcrübəsi;
- Rus və azərbaycan dillərini bilmək.
Göstərilən tələblərə cavab verən namizədlər azərbaycan dilində öz CV-lərini 14 Fevral 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Əməliyyat departamenti, Bank kartları şöbəsinin mütəxəssisi) göstərməyiniz xahiş olunur.