FED.az xəbər verir ki, Bank “BTB” ASC İT departamentinin Proqramlaşdırma şöbəsinin Aparıcı Mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.
Proqramlaşdırma şöbəsinin Aparıcı Mütəxəssisi
İş barədə məlumat:
- Tətbiqi proqramların fasiləsiz, problemsiz işləməsi üçün onlara hər zaman və təcili xidmət göstərir;
- Bankdaxili proseslərin və hesabatların maksimum avtomatlaşdırılması işini həyata keçirir;
- Proqram təminatı hazırlanarkən məlumat təhlükəsizliyi prinsiplərinin qorunmasını təmin edir;
- Tətbiqi proqramlar üzrə bankdaxili təlimlər keçirir;
- Şöbə rəhbərinin tapşırıqlarına əsasən proqram təminatının və proqram modullarının tərtibatı ilə məşğul olur;
- Proqram təminatının təkmilləşdirilməsi və daim yenilənməsi işini həyata keçirir;
- Məlumat mübadiləsi və hesabatların maksimum dərəcədə avtomatlaşdırılmış şəkildə həyata keçirilməsi işini görür;
- Şöbə rəhbəri tərəfindən verilmiş tapşırıqları yerinə yetirir.
Namizədə tələblər:
- Ali təhsil;
- Microsoft Visual Studio;
- NET C#, PL/SQL, ASP.NET, Oracle DB-də iş bacarığı;
- HTML,CSS,Javascript;
- MSSQL Server-də iş təcrübəsi
- Proqramlaşdırılma sahəsində 3 ildən artıq iş təcrübəsi;
- SSRS –də işləmək bacarığı;
- Maliyyə və bank sahəsində iş təcrübəsi;
- Texniki və istifadəçi sənədlərinin yaradılması təcrübəsi;
- Azəbaycan, İngilis və rus dili bilikləri;
- Analitik təfəkkür, nəticəyə yönümlülük, komandada işləmək bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-ni azərbaycan dilində 30 Noyabr, 2017 –ci il tarixinə qədər [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Proqramlaşdırma şöbəsinin aparıcı mütəxəssisi)göstərməyiniz xahiş olunur.