Bank “BTB” noyabr ayında müştərilərə yüksək gəlirli “Əmanət kampaniyası”nı təqdim edir.
FED.az xəbər verir ki, yeni kampaniya şərtlərinə əsasən Siz, manat vəsaitlərini 12 aydan 24 ayadək Bank BTB-yə etibar edə bilərsiniz. Faizlərin ödənilməsi əmanətin müddətindən asılı olaraq aylıq əsasda və ya müddətin sonunda həyata keçəcəkdir. Vəsaiti 12-17 ayadək yerləşdirdikdə aylıq 11%, müddətin sonunda 11,5%, vəsaiti 18-24 ayadək yerləşdirdikdə aylıq 11,5%, müddətin sonunda isə 12% gəlir əldə edəcəksiniz.
Qeyd edək ki, Bank BTB-də yerləşdirilən əmanətlər Azərbaycan Əmanətlərin Siğortalanması Fondunun qaydalarına uyğun olaraq siğortalanır. Kampaniyanın müddəti 24 oktyabr 2024-cü il tarixindən 30 noyabr 2024-cü il tarixinədək davam edəcək.
Bank BTB 2024-cü ilin 3 rüb göstəricilərinə əsasən 150 milyondan çox depozit portfelinə sahibdir. Bu, müştərilərimizin banka olan etimadının göstəricisidir.
Bank “BTB” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.
Bankın təqdim etdiyi məhsul, xidmət və kampaniyalar barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.