"Bank BTB" ASC-nin yeni yaradılmış Biznesin inkişafı Departamentinə Rauf Fazil oğlu Qurbanov direktor təyin edilib.
O, indiyə qədər Azərbaycan İpoteka Fondunda, eləcə də ölkənin bir sıra kommersiya banklarında rəhbər vəzifələrdə çalışıb.
Xatırladaq ki, "Bank BTB" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 52 mln. manatdır. Bankın səhmdarları 3 fiziki şəxsdir.