Bank “BTB” ASC İnsan Resursları Departamentinin baş mütəxəssisi vəzifəsi üçün ixtisaslı, təcrübəli və yüksək motivasiyalı namizədlərin axtarışını elan edir.
Vəzifələr:
İllik işə qəbul planının icrasını təşkil edir;
Kadr kargüzarlığının qanunvericiliyə, daxili qaydalara uyğun aparılmasını təşkil edir:
Əmək müqavilələrinin elektron qeydiyyatını həyata keçirir.
İnsan Resurslarının idarə edilməsi prosesləri, qaydaları/prosedurları və formaları təkmilləşdirir;
İşçi heyətinin sığortalanması ilə əlaqədar işləri həyata keçirir;
Əmək münasibətlərinin tənzimlənməsi üzrə əmrləri hazırlayır və əməkdaşlara iş yerindən arayışları təqdim edir.
Namizədə tələblər:
Ali təhsil;
İnsan resurslarının idarə edilməsi sahəsində maliyyə sektorunda ən azı 2 il təcrübə;
Azərbaycan və Rus dillərində mükəmməl danışıq və yazı bacarığının olması, İngilis dil biliyi – yaxşı səviyyədə;
Ünsiyyət qurma bacarığı;
Analitik qabiliyyət;
Əmək qanunvericiliyi üzrə mükəmməl biliklər.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 İyul, 2019-cu il tarixinədək “İRD baş mütəxəssisi” mövzusunu qeyd etməklə
[email protected] elektron ünvanına göndərə bilərlər.