Azərbaycana bankomatları bir şirkət gətirir.
FED.az-ın məlumatına görə, “Bscom” adlı bu şirkət bankomatları Böyük Britaniyadan idxal edir.
ELƏCƏ DƏ BAX: "Layihəmiz göndərilən pulları evdən çıxmayaraq almaq imkanı verir" - MÜSAHİBƏ
Gətirilən məhsullar isə “Windcor” şirkətinə məxsusdur. Bu bankomatların qiyməti 25 min dollardan başlayır. Qeyd edək ki, Windcor şirkətinin ölkəmizdə rəsmi distributeri Bscom olduğundan başqa şirkətlər bu bankomatlardan gətirmək hüququna malik deyillər.
Bəs nə üçün Azərbaycanda, məsələn, Sumqayıt Texnologiyalar Parkında bankomat istehsal olunmur?
Sumqayıt Texnologiyalar Parkında artıq ödəmə terminalları istehsal olunur, onların da birinin qiyməti 3700-4000 manatdır. Bundan başqa, burada bir sıra nömrələri aparatı, elektron məlumat lövhələri istehsal edilməsinə baxmayaraq, bankomat istehsal edilmir. Müəssisədən buna səbəb kimi lazımı sertifikatın olmadığı bildirilib. Qeyd edilib ki, texniki cəhətdən istehsalda heç bir problem ola bilməz: “Amma təhlükəsizlik baxımından xüsusi sertifikat olmalıdır ki, o da bizdə yoxdur”.
Bank bankomatı haradan alır? – ARAŞDIRMA
20:44
26 Noy 2018