“Xalq Bank” dermant ayaqqabılar istehsal edən zavodda payını artırıb.
Eləcə də bax: Azərbaycanda bank 40 milyonluq əmlak şirkəti - YARADIB
FED.az Banker.az-a istinadən xəbər verir ki, Bakının Heydər Əliyev Prospektində yerləşən 2 saylı Bakı Ayaqqabı Fabriki, yaxud hüquqi adı ilə “Bakı Ayaqqabı-2” ASC-dəki payını 2021-ci ildə 98.41%-dən 98.45%-ə qədər artırıb.
“Xalq Bank”ın ötən il bu səhmdar cəmiyyətdə payı 2019-ci ildə 98.36%-dən 98.41%-ə qədər artırılmışdı. Bildirməliyik ki, 2017-ci ildə bankın payı 98.25% təşkil edirdi.
“Bakı Ayaqqabı-2” – hər bir səhmi 2 manat olmaqla ümumi 5 588 288 manatlıq nizamnamə kapitalı var. 1980-ci ildə fəaliyyət göstərməklə əsas fəaliyyət sahəsi ayaqqabı istehsalı olub. Lakin, fabrik 1999-cu ildən fədailiyini dayandırıb. Audit hesabatında qeyd edilir ki, bununla bank səhmdar cəmiyyətin investisiya əmlakını istifadə etmək məqsədi dayanır. Bank rəhbərliyinin 2 saylı Bakı Ayaqqabı Fabriki bağlı planlarında qəti bir fikirləri yoxdur.
Qeyd edilən investisiya əmlakı isə Bakıda, Heydər Əliyev prospekti, 106 ünvanındadır.