Bank Avrasiyaya yatırılan əmanətlərin məbləği ilbəil azalır. FED.az xəbər verir ki, bunu bankın depozit portfelinin azalması deməyə əsas verir.
Belə ki, 2017-ci ilin birinci yarısı ilə müqayisədə bu ilin həmin dövründə banka yatırılan əmanətlərin məbləği nə az nə çox düz 14 mln 948 min manat və ya 39.49% azalaraq 22 mln 901 min manat təşkil edib.
Məlumat üçün bildirək ki, 2017-ci ilin 1-ci yarısında banka yatırılan əmanətlərin həcmi 37 mln 849 min manat, 2018ci ildə 32 mln 814 min, 2019-cu ildə isə 22 mln 901 min manat təşkil edib.