«Bank Avrasiya» 2020-ci ilin 3-cü rübü üzrə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, ilk 9 ayda bankın faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 50,7% artaraq 8 150 min manat, faiz xərcləri 43,8% artaraq 1 milyon 488 min manat təşkil edib.
İlk 9 ayda bankın qeyri-faiz gəlirləri 49% artaraq 1 milyon 150 mni manat, qeyri-faiz xərcləri isə 50% artaraq 3 milyon 481 min manat təşkil edib.
Hesabat dövründə bankın əməliyyat mənfəəti 4 milyon 331 min manat təşkil edib. Bank bu vəsaitin az qala hamısını – 4 milyon 135 min manatını aktivlər üzrə mmükün zərərlərin ödənilməsi üçün ehtiyatlara ayırıb.
Nəticədə « Bank Avrasiya» ilk 9 ayı 196 min manat xalis mənfəətlə başa vurub.
Xatırladaq ki, bank ötən liin eyni dövrünü 1 milyon 578 min manat zərərlə bağlamışdı.
3-cü rübün nəticələrinə görə, Bankın aktivləri 10% azalaraq 153 milyon 803 min manat təşkli edib. Xalis kredit portfeli isə 2,8% azalaraq 94,5 milyon manata enib. Hesabat dövrünün sonunda bankın cəmi öhdəlikləri 16,6% azalaraq 84 milyon 004 min manat olub.
Bankın cəmi kapitalı ilin əvvəlindən, demək olar, dəyişməz qalıb – 69,8 milyon manat.