“Bank Avrasiya” ASC 2021-ci ilin 9 ayın 2 milyon 798 min manat xalis zərər ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 196 min manat xalis mənfəət ilə bağlamışdı.
Eləcə də bax: Azərbaycan bankları 3-cü rübü belə başa vurdu – MƏNFƏƏT-ZƏRƏR – SİYAHI
“Bank Avrasiya” ASC-nin cəmi aktivləri 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 2 milyon 505 min manat və ya 1,6% azalaraq 157 milyon 198 min manata düşüb. Bank 2020-ci ilin sonunda 159 milyon 704 min manat cəmi aktivlərə malik idi. Aktivlərin azalmasının əsas səbəbi qiymətli kağızlara investisiyaların azalmasıdır.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
“Bank Avrasiya” tərəfindən müştərilər verilmiş cəmi kreditlər (kredit portfeli) 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 4 milyon 456 min manat və ya 4% artaraq 117 milyon 73 min manata yüksəlib. Bank 2020-ci ilin sonunda 112 milyon 616 min manat cəmi cəmi kredit portfelinə malik idi.
“Bank Avrasiya”da cəmi depozitlər 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 552 min manat və ya 1,2% azalaraq 43 milyon 476 min manata düşüb. Bank 2020-ci ilin sonunda 44 milyon 28 min manat cəmi depozit portfelinə malik idi. Fiziki şəxslərin depozitləri 755 min manat artıb, hüquqi şəxslərin depozitləri isə 1 milyon 307 min manat azalıb.
30 Sentyabr 2021-ci il tarixində“Bank Avrasiya” 67 milyon 4423 min manat məcmu kapitala malik olub.
(Marja)