“Bank Avrasiya”nın 2018-ci ilin 3-cü rübü üçün həm kredit portfeli , həm də problemli kreditlərinin məbləği artıb. FED.az bu barədə bankın hesabatlarına istinadən bildirir.
FED.az “Bank Avrasiya”ın açıqladığı hesabata əsasən xəbər verir ki, 2018-ci ilin 3-cü rübü ərzində bankın kredit portfeli 94 mln 439 min manat olub ki, bu məbləğin də 25 mln 180 min manatı və ya 26,7%-i vaxtı keçmiş kreditlərin payına düşür.
Xatırladaq ki, 2017-ci ilin yekununda kredit portfeli 88 mln 165 min manat, problemli kreditlərin məbləği 12 milyon 431 min manat, problemli kreditlərin xüsusi çəkisi isə 14,1% təşkil edib.
Başqa sözlə, ötən illə müqayisədə “Bank Avrasiya”ın problemli kreditləri 2 dəfə artıb.
Müqayisə üçün xatırladaq ki,ölkə üzrə problemli kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 14%-dir.
Qeyd edək ki, “Bank Avrasiya” ölkənin bölgələrində kredit verməyib. Bankın bütün kredit portfeli Bakı, Sumqayıt və Abşeron raonu ilə məhdudlaşır.
2018-ci ilin ilk 9 ayında verilən 92 mln 547 min manatlıq kreditin
- 87 mln 594 min manatı Bakı və Abşeronun,
- 4 mln 953 min manatı isə Sumqayıt şəhərinin
payına düşür.
Müqayisə üçün qeyd edək ki, 2017-ci ilin sonunda verilən 85 mln 325 min manatlıq kreditin
- 77 mln 439 min manatı Bakı və Abşeronun,
- qalan 7 mln 886 min manatı Sumqayıt şəhərinin payına düşmüşdü.
“Bank Avrasiya”ın 2018-ci ilin 3-cü rübündə verdiyi kreditlərin böyük hissəsi - 70 mln 906 min manatı milli valyutada, qalan 21 mln 979 min manatı xarici valyuta ilə verilib.
2018-ci ilin ilk 9 ayı üçün verilən kreditlərin sahələr üzrə bölgüsünə gəldikdə isə ən çox kredit
- fiziki şəxslərə (istehlak və ipoteka) 20 mln 869 min manat verilib,
- daha 20 mln 728 min manat emal sənayesi,
- 13 mln 510 min manat kənd təsərrüfatı sahəsinə,
- 12 mln 505 min manatı ticarət müəssələrinə kredit kimi verilib,
- qalan 1 mln 972 min manat digər maliyyə institutlarına,
- 1 mln 266 min manat digər qeyri-istehsal və xidmət sahələrinə və
- 57 min manat nəqliyyat sahəsinə verilib.