Azərbaycanın ən kiçik banklarından olan «Bank Avrasiya»nın investisiya qiymətli kağızlarından faiz gəliri kəskin azalıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2025-ci ildə bank investisiya qiymətli kağızlarından cəmi 9 831 manat faiz gəlir əldə edib.
Bu 2024-cü illə müqayisədə 8 dəfə azdır. Belə ki, 2024-cü ildə bank investisiya qiymətli kağızlarından 74 359 manat faiz gəliri əldə etmişdi.
Xatırladaq ki, «Bank Avrasiya»nın bütün aktivləri kimi, investisiya portfeli də kiçikdir. 2025-ci ilin sonuna cəmi 305 min manat. 2024-cü ilin sonunda da bankın qiymətli kağızlar portfeli böyük olmayıb – cəmi 289 min manat.















