“Bank Avrasiya”nın ən çox hansı sahəyə kredit ayırdığı və ən çox problemli kreditlərin hansı sahədə olduğu məlum olub.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, bu ilin 9 ayınının yekun nəticəsinə görə, bankın ümumilikdə kredit portfeli 91 milyon 136 min manat təşkil edib. Bankın qeyri-standart kreditlərinin cəmi 22 milyon 719 min manat təşkil edir ki, bu da ümumi kredit portfelinin 24,93%-dir.
Eləcə də bax:Vaxtı keçmiş kreditlərin həcmi – AÇIQLANDI
22 milyon 719 min manatlıq qeyri-standart kreditlərin 10 milyon 064 min manatı qeyri-qənaətbəxş kreditlər, 5 milyon 120 min manatı təhlükəli kreditlər, 7 milyon 534 min manatı isə ümidsiz kreditlərdir.
Bankın kreditlər üzrə yaradılmış adi və məqsədli ehtiyatların məbləği 12 milyon 800 min manatdır ki, buda ümumi kredit portfelinin 14%-dir.
“Bank Avrasiya” ən çox krediti sənaye, kənd təsərrüfatı, ticarət müəssisələri və istehlak kreditlərinə verib. Ən çox vaxtı keçmiş kreditlər də bu sahədə olub.
Belə ki bankın sənaye sahəsinə verdiyi 17 milyon 616 min manatlıq kreditin 1%-i 1 milyon 195 min manatının vaxtı keçib. Kənd təsərrüfatına verilən 10 milyon 295 min manatlıq kreditin 7%-nin 5 milyon 992 min manatanın vaxtı keçib.
Həmçinin bankın ticarət müəssisələrinə verdiyin kreditin də 7%-nin vaxtı keçib. Belə ki, bu sahəyə verilmiş 24 milyon 323 min manatın 6 milyon 215 min manatını vaxtı keçmiş kreditlərdir. Bankın fiziki şəxlərə verdiyi 30 milyon 245 min manatlıq kreditin isə 2 milyon 187 min manatanı və ya 2%-nin vaxtı keçmiş kreditlər təşkil edir.
Ümumilikdə bankın vaxtı keçmiş kreditlərin həcmi 16 milyon 172 min manat təşkil edib ki, bu da kredit portfelinin 18% deməkdir.