«Bank Avrasiya»nın son 4 il üzrə bəzi maliyyə göstəriciləri açıqlanıb. FED.az bbn.az-a istinadən xəbər verir ki, 2018-ci ildə bankın bəzi göstəriciləri müsbətə doğru dəyişib. Belə ki, ötən il bankın aktivləri 10,9% artaraq 167,6 milyon manat olub. Hərçənd «Bank Avrasiya» bu göstəriciyə görə, ölkə bankları arasında ən aşağı yerlərdən birini tutur (30 bank arasında 27-ci yeri tutur - http://fed.az/az/news/read/
Bankın kredit portfeli də kiçikdir və ötənilki 16%-lik artımdan sonra belə 100 milyon manatı keçməyib - 99 milyon manat. Depozit portfeli isə təqribən onun yarısı qədərdir - 54,5 milyon manat.
Eləcə də bax: "AFB Bank"ın yeni səhmdarının adı – AÇIQLANDI
Son 3 illik dövrə baxanda «Bank Avrasiya»nın qeyri-faiz xərclərinin davamlı artımı (2016-da 3,8 milyon manatdan 2018-də 5 milyon manata), qeyri-faiz gəlirlərinin isə davamlı azalması (2016-da 3,8 milyon manatdan 2018-də 1,4 milyon manata) müşahidə edilir.
Faiz gəlirləri də tədricən azalır – 2016-cı ildəki, 3,4 milyon manatlıq faiz gəlrləri 2017-də 2,8 milyon, 2018-də isə 2,7 milyon manat olub. Faiz gəlirləri isə demək olar ki, sabitdir və son 3 ildə 12-12,7 milon manat arasında dəyişir.
Nəticədə «Bank Avrasiya» 2018-i 5,2 milyon manat xalis mənfəətlə başa vurub. Bu 2015 və 2016-cı illərlə müqayisədə 5-6 dəfə yüksək olsa da, 2017-ci illə müqayisədə 1,2 milyon manat aşağıdır.
Göstəricilər |
2015 |
2016 |
2017 |
2018 |
Aktiv |
123.3 |
143.4 |
151.2 |
167.6 |
Aktivlərin nisbi dinamikası |
– |
16.3 |
5.5 |
10.9 |
Kredit Portfeli |
81.8 |
90.2 |
85.3 |
99.0 |
Kredit Portfelinin nisbi dinamikası |
– |
10.3 |
-5.4 |
16.0 |
Depozit portfeli |
– |
53.8 |
49.0 |
54.5 |
Depozit portfelinin nisbi dinamikası |
– |
– |
-8.9 |
11.1 |
Balans kapitalı |
– |
52.6 |
58.9 |
64.2 |
Balans kapitalının nisbi dinamikası |
– |
– |
12.0 |
9.0 |
Xalis mənfəət |
0.5 |
0.9 |
6.4 |
5.2 |
Xalis əməliyyat mənfəəti |
– |
8.7 |
8.5 |
5.8 |
Faiz gəlirləri |
10.8 |
12.1 |
12.6 |
12.1 |
Faiz xərcləri |
– |
3.4 |
2.8 |
2.7 |
Qeyri-faiz gəlirləri |
2.5 |
3.8 |
3.3 |
1.4 |
Qeyri-faiz xərcləri |
– |
3.8 |
4.6 |
5.0 |
Ehtiyat ayırmaları |
– |
7.5 |
0.5 |
-0.7 |