“Bank Avrasiya” ASC-nin yeni baş inzibatçılar təyin edilib.
Eləcə də bax: Bu şəxs “Meqa Həyat”ın maliyyəsinə nəzarət edəcək – TƏYİNAT
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu Əmircanov Çingiz Ələddin oğludur. O, həmçinin İdarə Heyətinin üzvü olmaqla yanaşı Maliyyə departamentinin müdiri idi.
Abbasova Səbinə Məmməd qızı isə Baş əməliyyat inzibatçısı təyin edilib. O da buna qədər İ.H.-nin üzvü olmaqla yanaşı departament rəhbəri idi. Belə ki, Xəzinədarlıq və hesablaşmalar departamentinin direktoru idi.
Xatırladaq ki, “Bank Avrasiya” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 37,5 %-i “Euro Standard” MMC-yə (“Xalq Bank” ASC-nin 33,85 %-lik, “Xalq Sığorta” ASC-nin 50 %-lik səhmdarı), 37,5 %-i “PDM Qrup” MMC-yə, 25 %-i isə “Azbizneskom” MMC-yə məxsusdur.