“Bank Avrasiya”-nın bu ilin 2 ci rübü üçün qeyri-faiz gəlirləri 2,48 dəfə azalaraq 631 min manata düşüb və qeyd edək ki, keçən ilin 2 ci rübü üçün qeyri-faiz gəlirlərinin çox olmasının əsas səbəbi məzənnə dəyişməsidə daxil olmaqla, valyuta əməliyyatlarından xaliis gəlir göstəricisinin 962 min manat olmasıdır. Qeyri-faiz xərcləri bu il 7,6% artaraq 2 mln 221 min manata yüksəlib.
«Günay bank» da vəziyyətini açıqladı – 7 DƏFƏ AZALIB
Xalis əməliyyat mənfəəti 26,73% azalaraq 3 mln 83 min manata enib. Bu ilin 2-ci rübündə aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar 1 mln 560 min manat olub, keçən il isə aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xərclər 4 mln 679 min manat təşkil edib ki bunundan 4 mln 841 min manat kredit və depozit itkilərinə sərf olunub.Hesabatda vergilər ödənilənədək xalis mənfəət 4 mln 645 min manat göstərilib, amma xalis mənfəəti açıqlanmayıb, bank bunun səbəbini mənfəət vergisinin ilin sonunda ödənilməsi ilə izah edib. Amma yekun məbləğdən 20% mənfəət vergisini çıxdıqda xalis mənfəət 3 milyon 716 min manatdır. Ötən ilin eyni dövründə bu göstərici 8 mln 888 min manat, ilin yekununda isə 4 mln 674 min manat idi.
FED.az bankın “Balans” hesabatına əsasən xəbər verir ki, hazırda bankın cəmi aktivləri 169 milyon 444 min manatdır. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 6,06% artıqdır. İlin əvvəlindən indiyədək isə aktivlər 18,2 milyon manat artıb.
Hazırda kredit portfeli 90 mln 827 min manatdır. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,03%, ilin əvvəlindən indiyədək isə 6,5% artıb. Bankın cəmi öhdəlikləri .tən ilin eyni dövrü ilə müqayisədə 8,09% artaraq 105 mln 762 min manata yüksəlib. İlin əvvəindən isə öhdəliklər 13,4 milyon manat artıb.
Bankın cəmi kapitalı isə ötən ilə nisbətən 2,85%, ilin əvvəli ilə müşayisədə isə təqribən 8% artaraq 63 mln 681 min manat olub.