Bank Avrasiya qiymətli kağızlara investisiyanı artırıb. FED.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, ötən ilin birinci yarısına bank aktivlərindən 30 mln 186 min manatı qiymətli kağızlara ayırdığı halda bu ilin birinci yarısında bu rəqəmi 50.14% artıraraq 45 mln 324 min manata çatdırıb.
Eləcə də bax: Azərbaycan bankları 2-ci rübü necə tamamlayıb? – MƏNFƏƏT-ZƏRƏR – SİYAHI – YENİLƏNİR
Məlumat üçün bildirək ki, banklar əsasən dövlət istiqrazlarını və Mərkəzi Bankın notlarını alırlar.
Xatırladaq ki, “Bank Avrasiya”nın aktivləri bu ilin birinci yarısında 195 mln 897 min manat olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 15,6% çoxdur.
Qeyd edək ki, “Bank Avrasiya” ASC bu ilin 1-ci yarısını 2 mln 634 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 43,3% azdır.
“Bank Avrasiya” qiymətli kağızlara investisiyanı - ARTIRIB
09:45
25 İyul 2019