FED.az Azərbaycanın ən kiçik banklarından olan “Bank Avrasiya”nın gəlir mənbələrini təqdim edir.
Şirkətlər “Bank Avrasiya”dan pullarını geri çəkməkdə davam edib – 1,3 MİLYON MANAT AZALMA
2025-ci ilin 3-cü rübündə bank 14 milyon 435 min manatlıq ümumi gəlir əldə edib. Gəlirlər arasında ən böyük pay kredit portfeli üzrə faiz gəlirləri olub və bu məbləğ 10 milyon 86 min manat təşkil edərək ümumi gəlirlərin 70%-ini təşkil edir.
Bankın gəlirlərinin digər əsas hissəsi digər banklara depozitlərdən gəlirlər və digər qeyri-faiz gəlirləri olub, müvafiq olaraq 1 milyon 201 min manat gəlirlərin 8% hissəsi və 1 milyon 268 min manat gəlirlərin 9% hissəsi.
Bankın komissiya gəlirləri 688 min manat təşkil edib ki, bu da ümumi gəlirlərin təxminən 5%-nə bərabərdir.
Digər banklara verilən kreditlərdən əldə olunan gəlir 367 min manat olub və bankın ümumi gəlirlərinin 3%-i bu mənbədən formalaşıb.
Bundan əlavə, müxtəlif digər faiz gəlirləri 545 min manat səviyyəsində olub, bu isə ümumi gəlirlərin 4%ini təşkil edir.
Valyuta əməliyyatlarından gələn gəlirlər isə 273 min manat olub ki, bu da ümumi gəlirlərin 2%-nə bərabərdir.
Bankın ən az gəlir qazandığı mənbə qiymətli kağızlara yatırımlarıdır və burdan cəmi 7 min manat gəlir formalaşıb, ümumi gəlirlərin 1%-i həcmində.
Gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir :
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
10 086 |
70% |
QK-a investisiyadan gəlir |
7 |
1% |
Digər banklara depozitlərdən gəlirlər |
1 201 |
8% |
Digər banklara kreditlərdən gəlirlər |
367 |
3% |
Komissiya haqları |
688 |
5% |
Valyuta əməliyyatlarından gəlirlər |
273 |
2% |
Digər faiz gəlirləri |
545 |
4% |
Digər qeyri-faiz gəlirləri |
1 268 |
9% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
14 435 |
100% |